Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Deputat söyləyib ki, dövlət başçısı Azərbaycan-ABŞ əlaqələrindən danışarkən bildirdi ki, son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, Trampın ABŞ-yə öncəki rəhbərliyi zamanı da əlaqələrimiz çox uğurla inkişaf edib:
"Təəssüflər olsun ki, Baydenin hakimiyyəti dövründə ABŞ-nin hakim dairələri Azərbaycana münasibətdə yanlış mövqe tutdular. Reallıqları qiymətləndirmədilər, həmçinin beynəlxalq hüququn bütün norma və prinsiplərini pozaraq, təcavüzkar Ermənistanın yanında olduqlarını nümayiş etdirdilər".
Parlamentari bildirib ki, son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasına gətirib çıxardı: "Halbuki, Trampın bundan öncəki hakimiyyəti dövründə əlaqələrimiz çox uğurla inkişaf edirdi. Ümid edirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və münasibətlərimiz yeni mərhələyə qədəm qoyacaq”.