Baxmut şəhərində 500-ə yaxın sakin qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şəhərin meri Aleksey Reva bildirib.

Onun sözlərinə görə, işğaldan əvvəl orada 70.000 insan yaşayırdı.

Müharibədə mülki əhali arasında itkilərin sayına gəlincə, o deyib ki, dördü uşaq olmaqla 204 nəfərin öldüyü, 505 nəfərin yaralı olduğu məlumdur.