“Bavariya” “Real Madrid”in sabiq baş məşqçisi, fransalı Zinəddin Zidanın baş məşqçi postuna namizədliyini nəzərdən keçirmir.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda "SkySports" nəşri məlumat yayıb.

Almaniya mətbuatı "Bavariya"nın Zidanla danışıqlar apardığını yazmışdı.

İndi Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann əsas namizəd hesab olunur.

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel bu mövsüm başa çatdıqdan sonra vəzifəsini tərk edəcək.