İsveçin AİK klubunun futbolçusu Yuna Kusi-Asare karyerasını Almaniyada davam etdirə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Sport Ekspressen" nəşri məlumat yayıb. Münhen təmsilçisi AİK-lə razılaşıb və 16 yaşlı futbolçu yaxın zamanda tibbi müayinədən keçəcək.

"Transfermarkt"da dəyəri 300 min avro olan hücumçu bu mövsüm AİK-lə əsas komandada 4 oyuna çıxıb.