Sumqayıtda yeniyetmənin ölümü araşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilib ki, martın 31-də saat 7 radələrində Sumqayıt şəhəri ərazisində 2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Meyitin xarici müayinəsi zamanı üzərində hər hansı xəsarət izi aşkar edilməyib.

Yeniyetmənin ölüm səbəbi təyin olunmuş müvafiq ekspertizanın rəyindən sonra bilinəcək.