İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pakistan KİV-ləri məlumat yayıb. 

Məlumata əsasən, səfər gələn həftə baş tutacaq və Şərif bu çərçivədə İran, Azərbaycan və Türkiyəni əhatə edən regional turneyə çıxacaq.

Onun səfərinin əsas məqsədi adıçəkilən ölkələrin yüksək səviyyəli rəsmiləri ilə siyasi və iqtisadi məsələləri müzakirə etməkdir.

Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, regional təhlükəsizlik və enerji layihələri əsas gündəm mövzuları olacaq.