İqtisadiyyat.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən iclasında deyib. 

O qeyd edib ki, əlbəttə ki, bütün bunların təməlində cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə aparılan düşünülmüş siyasət dayanır:

“Hesabat ilində ölkədə 126.3 mlrd. manatlıq və ya 2023-cü illə müqayisədə real ifadədə 4,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. 2024-cü ildə ÜDM istehsalı neft-qaz sektorunda 0,3%, qeyri neft-qaz sektorunda isə 6,2% artmışdır. Qeyri neft-qaz sənayesi 7,3% artmışdır. 

Əhalinin hər nəfərinə düşən ÜDM isə 3,6% artaraq 12,4 min manat (7,3 min ABŞ dolları) təşkil etmişdir.

2024-cü ildə xarici ticarət dövriyyəmiz təxminən 47.4 mlrd. ABŞ dollarına çatmış, müsbət ticarət saldosu 5.3 mlrd. dollar olmuşdur. Qeyri-neft ixracı 3,3 mlrd. dolları üstələmişdir.  

2024-cü ildə ölkənin strateji valyuta ehtiyatları 2.5 mlrd. dollar (və ya 3.7%) artaraq 71 mlrd.dollar (hazırda 73 mlrd.dollar) təşkil etmişdir və xarici dövlət borcunu 14 dəfə üstələyir. 

İlin sonuna xarici dövlət borcunun məbləği 20,6% azalaraq 5,1 mlrd. dollar olmuş və ÜDM-in cəmi 6,9%-ni təşkil etmişdir. 

Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyi, makro-fiskal və monetar siyasətlə bağlı qərarlar inflyasiyaya azaldıcı təsir etmişdir”.