Təəssüflər olsun ki, Qafqazda suyu ən azı olan dövlət Azərbaycandır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı Baş nazir Əli Əsədov bildirib.

“İki əsas su mənbəyi Azərbaycandan kənarda formalaşır və son istifadəçi Azərbaycandır. Bu gün əhalimizin sayı 10 milyondur, 2040-cı ilə qədər 12,5 milyona çatacağını proqnozlaşdırırıq. Bu il orta illik sudan istifadəmiz 21 milyard kubmetr olacaq. 2040-cı ilə kimi bu, 2,1 dəfə artacaq”, - deyə Əli Əsədov bildirib.