İspaniyanın "Barselona" klubu maliyyə problemlərini həll etmək üçün səhmlərinin 49 faizini sata bilər.

İqtisadiyyat.az xəbər verir ki, kataloniyalılar bunun çıxış yolu olduğunu düşünürlər.

La Liqa çempionu hüquqi formanı dəyişməyi planlaşdırır. "Barselona" hazırda formal olaraq qeyri-kommersiya təşkilatıdır. Məsələ ilə bağlı bir neçə dəfə Səudiyyə Ərəbistanına səfər edən prezident Joan Laporta hazırda növbəti danışıqlar üçün Qətərdədir.

Qeyd edək ki, "Barselona" maliyyə problemi ucbatından keçmiş futbolçusu Lionel Messini komandaya qaytara bilməyib.