Baş rollarda Marqot Robbi və Rayan Qoslinqin çəkildiyi “Barbie” filminin Vyetnam və Pakistanda yayımlanması qadağan olunub.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, oyuncaq "Barbie" və dostu Kenin real dünyada kimliklərini kəşf etməsindən bəhs edən filmin bir səhnəsində Çinin Cənubi Çin dənizindəki iddialarını göstərən "doqquz tire" xəritəsindən istifadə edilib. Buna görə də Vyetnam filmin öz ölkəsində yayımlanmasına qadağa qoyub.

Vyetnam, Livan və Küveytdəki qadağa qərarından sonra filmin Pakistanın Pəncab əyalətində də yayımı qadağan olunub. Filmin nümayişi "uyğun olmayan məzmun" səbəbi ilə təxirə salınıb. 

Qeyd edək ki, "Barbie"  filmi iyulun 21-də nümayiş olunduqdan sonra 1 milyard dollardan çox gəlir əldə edib. 

Gülşən Şərif