TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika bir sıra tibbi avadanlıqların və cihazların təmiri üçün ehtiyyat hissələrinin alınması və təmiri ilə bağlı elan etdiyi satınalma müsabiqəsini yekunlaşdırıb.
İqtisadiyyat.az xəbər verir ki, tibb müəssisəsinin elan etdiyi tenderin qalibi "Arash Medical Company" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Beləliklə, Yeni Klinika həmin şirkətlə müqavilə bağlayıb. Müqaviləyə əsasən, Yeni Klinika ehtiyyat hissələrinin alınması və təmirinə görə "Arash Medical Company" şirkətinə 6 837 738,98 manat ödəniş edib.
Qeyd edək ki, Yeni Klinikanın direktoru Barat Yusubovdur.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Arash Medical Company" QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur. Lakin mətbuatda dərc olunan məlumatlara əsasən, şirkətin Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun nəzarətində olduğu iddia edilir. Dərc olunan materiallarda Kamran Məmmədovdan əvvəl "Arash Medical Company" şirkətinə rəhbərlik edən Cavid Əsədovun Oqtay Əsədovun qardaşı oğlu olduğu bildirilir. Lakin Milli Məclisin mətbuat xidmətinin 2019-cu ildə yaydığı məlumatda sözügedən şirkətin O.Əsədova bağlılığ barədə məlumatlar təkzib edilib.