Banqladeşdə "Dengue" epidemiyasına yoluxanların sayı 100 mini keçib, xəstəlikdən ölənlərin sayı 485-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Banqladeş Səhiyyə Xidmətləri Baş Müdirliyi (DHGS) açıqlama yayıb.

Açıqlamada, son 24 saatda təkcə paytaxt Dəkkədə 872 yoluxmanın aşkar edildiyi bildirilib. İlin əvvəlindən bu yana "Dengue" epidemiyasından ölənlərin sayının 485 olduğu, ölkə üzrə yoluxma sayının isə 100 mini keçdiyi əlavə edilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həmçinin Banqladeşdə "Dengue" epidemiyasının pisləşməyə davam etdiyini açıqlayıb.

Ötən il ölkədə 281 nəfər "Dengue" epidemiyasından dünyasını dəyişib.