Azərbaycan Mərkəzi Bankının (AMB) şikayət indeksi real vəziyyəti əks etdirmir. 

Bunu İqtisadiyyat.az-a adının açıqlanmasını istəməyən bank rəhbərlərindən biri deyib.

Onun sözlərinə görə, aydın məsələdir ki, AMB bank sektorunda şəffaflığın təmin edilməsinə çalışır: "Amma Mərkəzi Bank bunu başqa requlyativ tələblərlə də tənzimləyə bilər. Hazırda açıqlanan şikayət indeksi isə bankların fəaliyyətinə ciddi zərbə vurur". 

Qeyd edilib ki, AMB ay ərzində cəmi 3-4 şikayət olan bankı indeksin yuxarı hissələrində göstərir. Bu isə indeksin hesablanmasında yanlışlıq olduğunu deməyəsə əsas verir. Hesablama zamanı bazar payı yüksək olan banklarla, bazar payı az olan banklar üzrə göstəricilər fərqləndirilmir. Həmçinin əlavə edilib ki, Azərbaycana qonşu ölkələrdə, o cümlədən Türkiyədə buna bənzər təcrübə yoxdur.

Xatırladaq ki, AMB 2024-cü ilin fevral ayında Azərbaycanda ən çox şikayət edilən bankları açıqlayıb. Siyahıda birinci yerdə 5,26 indeksi ilə "Bank of Baku" seçilib. Ən çox şikayət edilən banklar siyahısında “Bank VTB Azərbaycan” 3,24 indeksi ilə ikinci, 2,55 indeksi ilə "Accessbank" üçüncü, “Bank Avrasiya” 2,43 indeksi ilə dördüncü olub.

"Bank of Baku" yanvar ayında da ən çox şikayət edilən bank olub. Həmin vaxt "Bank BTB" siyahıda ikinci (5,18 indeksi), "Yapı Kredi Azərbaycan" isə üçüncü (4,17indeksi) olub

Siyahını təqdim edirik: