Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

İqtisadiyyat.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, hərracda tələb 93 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. 

Qeyd edək ki, 14 Mart 2024-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 83,3 milyon ABŞ dolları təşkil edib.