Azərbaycan Mərkəzi Bankı 14 oktyabr tarixindən etibarən Azərbaycanda fəaliyyət göstərən bankların ABŞ dolları qəbulunu dayandırması ilə bağlı qərarını açıqlayıb. Dünyada hətta dövət səviyyəsində saxta valyuta kəsən ölkələr mövcuddur. Onlardan biri də Azərbaycanla qonşu olan İran dövlətidir. Hətta köhnə 100 dollarlıq əskinasların dəyişdirilmə səbəblərindən biri də İranın külli miqdarda saxta dollar kəsməsi olub. Onların kəsdiyi dollarlar 100% ABŞ tərəfindən dövriyyəyə buraxılan dollarla eyni olmasa da bəzi bankomatlar istər-istəməz səhvən də olsa həmin saxta dollarları qəbul edir. İran və Azərbaycan arasıda gərginliyin olması İran və başqa bu kimi dövlətlərdən Azərbaycanda valyuta stabilliyini pozmaq və müəyyən monetar çaqınlıq yaratmaq üçün külli miqdarda saxta dolların ölkəmizə gətirilməsi etimalını gündəmə gətirir. Belə ki, saxta dolları cash in bankomatlar vasitəsilə kart hesabına köçürülərək başqa ölkədə yaxud başqa bankomatda nağdlaşdırmaq mümkündür. Bu prosesi eyniylə ödəmə terminalı vasitəsi ilə də həyata keçirmək olur. Ona görə ki, əksər hallarda cash in bankomatlar və ödəmə terminalları saxta əskinasla həqiqi əskinasları ayırd edə bimir. Dələduzlar kart hesabı açaraq Azərbaycanda həmin hesaba saxta dollarları bankomat yaxud ödəmə terminalından qoya bilər xarici ölkədə olan tərəfdaşı isə həmin an o vəsaiti nağdlaşdıra bilər. Nəticədə külli miqdarda saxta pul öz nominal dəyəri ilə reallaşdırıla bilər. Bu da iqtisadi prosesə ciddi zərər vurmaqla yanaşı ABŞ Mərkəzi Bakı ilə də müəyyən problemlər yaranmasına gətirib çıxara bilər. Belə ki, hər hansı ölkədə külli miqdarda saxta dollar aşkarlandığı zaman ABŞ -dan həmin ölkəyə təhlükəsizlik orqanlarının işçilərini göndərilir,bu yöndə müəyyən araşdırmalar aparılaraq saxta dolların mənbəyini tapmağa çalışırlar. Azərbaycanda hazırda bu risklər mövcud olduğu üçün dollar qəbulu dayandırılıb. Mərkəzi Bakın bu qərarının başqa monetar siyasət yaxud müəyyən proseslərlə bağlılığı yoxdur. Əksinə bu dollar qəbuludur nə qədər çox dollar qəbul olunsa təbii ki, bu ölkənin monetar durumu üçün yaxşı hal hesab olunur. Bu qərar sırf saxtakarlıq riski ilə bağlı verilən qərardır.