19 dekabr 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

İqtisadiyyat.az Mərkəzi Banka istinadən məlumatına görə, hərracda tələb 76,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. 

Qeyd edək ki, 14 dekabr 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 70,9 milyon ABŞ dolları təşkil etmişdi.

12 dekabr 2023-cü il tarixində həracda isə tələb 69,1 milyon ABŞ dolları olmuşdu.

2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 93 valyuta hərracında banklara cəmi 3 milyard 663,6 milyon dollar satılıb.