"Bank Respublika" aparılacaq yenilənmə işləri ilə əlaqədar müştərilərinə xəbərdarlıq edib.

İqtisadiyyat.az "Operativ Media"ya istinadən xəbər verir ki, bankın müştərilərə xəbərdarlıq mesajında deyilir: 

"17 Yanvar saat 23:00-dan 18 Yanvar 09:30-dək "Bank Respublika"da aparılacaq yenilənmə işləri ilə əlaqədar bank xidmətlərinin istifadəsində fasilə yaranacaq. Xahiş edirik, nəzərə alasınız".