“Bank Respublika” ASC Proqram təminatı şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi (DevOps) vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

 

Cİ/CD proseslərinin tətbiqi, prakitiki billiklər;

Monitorinq sistemləri ilə işləmə bacarıqları;

Mikroservis arxitekturalı sistemdə avtomatlaşdırılma və xətaların aradan qaldırılması.

Namizədə qarşı tələblər:

 

Ali təhsil (aidiyyatı sahə üzrə);

Aidiyyatı sahə üzrə 2 ildən artıq iş təcrübəsi;

Linux ƏS-ri sistemləri üzrə geniş administrasiya bilikləri və iş təcrübəsi;

DevOps Tools Docker,GitLab,CI/CD, Ansible texnologiyaları üzrə geniş biliklər və iş təcrübəsi;

Scripting - Bash;

Virtualization – VmWare, VirtualBox;

Azərbaycan dili (əla), Rus dili (yaxşı) və İngilis dili (orta);

Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;

Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 yanvar 2023-cü il tarixinədək email-in mövzu hissəsində Proqram təminatı şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi qeyd edərək it-cv@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.