Bank Respublika ASC Data analitik vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Əsas və əlavə mənbələrdən məlumatların əldə olunması və data sistemlərin işinin təmin olunması;
  • Dataların təmizlənməsi və emala uyğun formaya salınması;
  • Statistik üsullardan istifadə edərək məlumatların təhlili və hesabatların təqdim olunması;
  • Verilənlər bazası və məlumat toplama sistemlərinin hazırlanması və tətbiqi;
  • Mürəkkəb məlumat setlərində trendlərin müəyyən olunması və proqnozların hazırlanması;
  • Proseslərin təkmilləşdirilməsi imkanlarının müəyyən edilməsi və təmin edilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil, əsasən İnformasiya texnologiyaları, tətbiqi riyaziyyat, komputer elmləri, komputer mühəndisliyi, iqtisadi kibernetika ixtisasları üzrə;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
  • Müvafiq sahə üzrə 2 illik iş təcrübəsi;
  • Mükəmməl MS Excel biliyi;
  • SQL və Python proqramlaşdırma dilləri üzrə biliklər;
  • Cədvəllər, böyük həcmli məlumatlar, nümunələr ilə işləmək bacarığı; təhlillərin aparılması və cədvəl, təqdimat formatında hesabatların hazırlanması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 04 mart 2022-ci il tarixinədək email-in mövzu hissəsində Data analitik qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.