Bank Respublika ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentində Şəbəkə administratoru vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

 

  • Mövcud “NG Firewall”-ların administrasiyası;
  • Şəbəkə avadanlıqların sazlanması və idarə edilməsi;
  • RADIUS və TACAS+ serverlərinin administrasiyası və monitorinqi;
  • WLAN, WAN, LAN şəbəkələrinin administrasiyası;
  • 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyinin təmini;
  • Data center şəbəkəsinin administrasiyası;
  • VPN rabitəsinin qurulması və təhlükəsizliyin texiniki sahəsi üzrə digər tapşırıqların icrası;
  • Şəbəkə avadanlıqların fiziki quraşdırlması və dəyişdirməsi;

Namizədə qarşı tələblər:

  • Ali təhsil (təhsil aidiyyatı sahə üzrə arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
  • WLAN, WAN, LAN şəbəkələri və VPN/Firewall kimi texnologiyalar haqqında biliklər və onların tətbiqi üzrə təcrübə;
  • AAA, RADIUS, TACAS+ barədə biliklər;
  • Yeni nəsil firewall-lar (NGFW) barədə biliklər və təcrübə;
  • BGP, EIGRP, OSPF, kimi marşrutlaşdırma protokolları haqqında biliklər və onların tətbiqi;
  • VPN, SD-WAN, VXLAN kimi şəbəkə topologiyaları haqqında biliklər və onların tətbiqi;
  • Data Center Switching haqqında bilik və təcrübə;
  • 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi barədə biliklər və onların tətbiqi üzrə təcrübə;
  • Monitorinq sistemi üzrə biliklər;
  • Şəbəkə topologiyasının planlaşdırılması, optimallaşdırılması və tətbiqinə nəzarət edilməsi üzrə bilik və təcrübə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 noyabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Şəbəkə administratoru qeyd etməklə it-cv@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.