Bank of Baku Təlim və inkişaf üzrə kiçik ekspert/ekspert/aparıcı ekspert vəzifəsinə işçi axarır.

Əsas vəzifə və öhdəliklər:

  • Təlim və inkişaf proseslərinin qurulması  və tətbiqi
  • Təlim ehtiyaclarının yığılması və analizi
  • Təlim büdcəsinin formalaşdırılması və rəhbərliyə təqdimi
  • Təlim və digər növ tədbirlərin təşkili
  • Təlimin effektivliyinin dəyərləndirilməsi
  • Müxtəlif növ sorğuların təşkili
  • Adaptasiya prosesinin təşkili və icrası

Seçim meyarları:

  • Ali təhsil  (İqtisadi , hüquq, maliyyə, idarəetmə sahələri)
  • Azərbaycan dili mükəmməl səviyyədə biliyi (İngilis və Rus dili bilikləri yaxşı səviyyədə  arzuolunandır)
  • MS Office (Word, Excel, MS Power point) proqramları ilə işləmək bacarığı
  • Analitik düşünmə qabiliyyəti
  • Operativlik və komandada işləmək bacarığı
  • Yüksək səviyyədə şifahi özünüifadə və kommunikasiya bacarığı
  • Vəzifə tələblərində qeyd olunan proseslər barəsində və bank təcrübəsi olan namizədlərə üstünlük veriləcək

İş şərtləri:

  • İş yeri: Bakı , Baş İdarə
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi:

Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə Onlayn CV formamızı doldura və ya CV-ləri  subject bölməsində Təlim və inkişaf üzrə kiçik ekspert/ekspert/aparıcı eskpert  qeyd etməklə mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.