Bank of Baku Biznes analitik vəzifəsinə işçi axtarır.

Əsas vəzifə və öhdəliklər:

– İstifadəçi tələblərinin toplanması üçün bank əməkdaşları ilə görüş və analitik intervyuların həyata keçirilməsi;
– Biznes proseslər üzrə texniki sənədlərin (texniki tapşırıq, use-case, uml diaqramlar, istifadəçi təlimatları) hazırlanması;
– Layihələrin texniki rəhbərləri ilə texniki tapşırıqların müzakirəsi və komanda ilə görüləcək işlərin və layihə planın hazırlanmasında iştirak;
– Proqramlaşdırma mərhələsində sistemin tələbləri və analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi;
– Hazırlanmış proqram təminatlarının və yeni funksionallıqların testlərinin aparılması.

Tələblər:

– İnformasiya texnologiyaları və ya maliyyə ixtisasları üzrə ali təhsil;
– Biznes analitik kimi ən azı 1 il iş təcrübəsi;
– Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər;
– Kompüter bilikləri: MS Word, MS Excel, MS Project, MS Visio;
– Task Management sistemlərinin hər hansı biri ilə işləmə bacarığı (Jira, trello və s.);
– Wireframe, mockup, prototyping alətlərindən istifadə etmək bacarığı;
– SQL üzrə biliklər;
– Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması;
– Ünsiyyət və təşkilati bacarıqlarının yüksək səviyyədə olması;
– İş yükünü prioritetləşdirə bilmək, həmçinin müstəqil və komanda şəklində işləmək bacarığının olması.

– İş qrafiki: 5 iş günü, 09:00-18:00
– İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)

Müraciət qaydası:

Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Biznes analitik qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.