"Ferrari 250 GT SWB California Spider” modelinin ilk ekzemplyarı Montereydə keçirilən “RM Sotheby’s” hərracında satılıb.

İqtisadiyyat.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi Mixael Ballaka məxsus olan avtomobil 17 milyon dollara əl dəyişdirib.

Bu idman avtomobilin təqdimatı 1960-cı il Cenevrə avtosalonunda olub. Modeldən cəmi 56 nüsxə istehsal edilib. Məlumat üçün qeyd edək ki, “Ferrari 250 GT SWB California Spider”in digər sahibləri arasında bu günlərdə vəfat edən Alen Delon və Bricit Bardo da var idi.

Qeyd edək ki, 2015-ci ildə Parisdə keçirilən hərracda başqa bir “Ferrari 250 GT SWB California Spyder” 18,4 milyon dollara satılmışdı.

Hərracda ikinci ən bahalı lot “Scaglietti” korpuslu 1955-ci il istehsalı olan “Ferrari 410 Sport Spider” olub. Bu avtomobillə məşhur Kerrol Şelbi 1956-cı ildə “Palm Springs Road Race”in qalibi olub. Avtomobil 12,9 milyon dollara satılıb