30 avqust tarixində Samsung-un yeni mağazasının möhtəşəm açılışı baş tutdu.

İqtisadiyyat.az xəbər verir ki, Baku Electronics ilə birgə açılan yeni Samsung mağazası Bakı şəhərinin mərkəzində, Bülbül prospekti 29 ünvanında yerləşir.

Texnologiyanın ən son yeniliklərini bir araya gətirən mağaza müştərilərə hər zamankı kimi yüksək keyfiyyətdə məhsullarını və seçilən xidmətini təqdim etməyi hədəfləyir.

Lent kəsmə mərasimindən sonra qonaqlar mağazada mövcud olan geniş məhsul çeşidini kəşf etmək imkanı əldə etdilər. Tədbir musiqili anlarla davam etdi və iştirakçılara unudulmaz bir gün yaşatdı. Onu da qeyd edək ki, Samsung brendi Baku Electronics ilə 1995-ci ildən tərəfdaşlıq edir. Uzun illərə dayanan tərəfdaşlıq çərçivəsində yerli bazara inkişaf etmiş texnologiya və innovativ məhsullar təqdim edilir.

Texnoloji yenilikləri Samsung-un yeni mağazasında kəşf edin.

Ünvan: Bakı ş., Bülbül pr. 29 (Nizami kinoteatrı ilə üzbəüz)