Bu ilin yanvar-fevral aylarında Bakının ictimai iaşə dövriyyəsi 2019-cu ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə real ifadədə 9,4% artaraq 144,4 mln. manat olub.

Fins.az-ın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,5%-i hüquqi şəxs statuslu müəssisələrin, 44,5%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 80,2 mln. manat təşkil edib.