Bakının mərkəzində insan skeleti aşkar edilib.

İqtisadiyyat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Şövgiyar Abdullayev küçəsində baş verib.

Polis əməkdaşlarının apardığı araşdırmalarla skeletin Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Oleq Qroşova aid olduğu müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.