Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yeni kanalizasiya kollektorlarının tikintisinə başlayır.
Bu barədə İqtisadiyyat.az Agentliyin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətindən məlumat əldə edib.
Belə ki, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru tikiləcək. Məlumata görə, Agentlik tikinti işlərini “Tunel Tikinti Servis” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi işləri 35 milyon manata başa gələcək.
Bundan əlavə, Zığ-Hövsan kanalizasiya kollektorunun da inşası həyata keçiriləcək. ADSEA bu tikinti işlərini isə “Ensol” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, Zığ-Hövsan kanalizasiya kollektorunun tikintisi 179 milyon manata başa gələcək.
Eyni zamanda, Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi işlərinə də başlanılıb. ADSEA bu tikinti işlərini isə “Euroline” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaaviləyə əsasən, Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi 68 milyon manata başa gələcək.
Həmçinin Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisini isə “T.T.Ş.-İnşaat” şirkəti reallaşdıracaq. Bununla bağlı bağlanılmış müqaviləyə əsasən, bu tikinti işlərinin icrası 56,5 milyon manata başa gələcək.