Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binalar təmir olunacaq.
Bu barədə İqtisadiyyat.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əldə edib.
Məlumata görə, təmir işləri paytaxtın bütün rayonlarını - Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı, Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonlarını əhatə edəcək.
Hazırda həmin binalarda təmir işlərini həyata keçirəcək şirkət axtarışındadır. BŞİH təmir işlərinə 48,5 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.