Bu gün Hövsan qəsəbəsində su olmayacaq. 

Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar gün ərzində Suraxanı rayonunun Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq. 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.