Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda yollardakı vəziyyəti açıqlayıb. 

İqtisadiyyat.az Mərkəzə istinadən xəbər verir ki, hal-hazırda yollardakı vəziyyət belədir: 

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində; 

2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində; 

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" m/st istiqamətində; 

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" m/st istiqamətində; 

5. Tbilisi prospekti, "20 Yanvar" m/st-dan mərkəz istiqamətində; 

6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində; 

7. "28 May" küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 

8. Zərifə Əliyeva küçəsində; 

9. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

  10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində; 

11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 

12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 

13. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində; 

14. Babək prospekti, mərkəz istiqamətində; 

15. "20 Yanvar" dairəsində sıxlıq müşahidə olunur.