Bu gün Bakının bəzi ərazilərində suyun verilməsində məhdudiyyət olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Azərsu” ASC -dən bildirilib.

Bildirilib ki, magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 17 mart 2023-cü il tarixində gün ərzində Bakı şəhəri Neftçilər prospekti, Əziz Əliyev, Zərifə Əliyeva küçələrinə və İçərişəhər ərazisinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.