Bu gün Bakıdan son 10 ildə ilk reys Rusiyanın Omsk vilayətinə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Omsk hava limanının mətbuat xidməti öz "Telegram" kanalında məlumat yayıb.

Bakı-Omsk reysinin ilk sərnişinlərini şəhərə çatdıran "İraero" aviaşirkətinin təyyarəsi olub. Azərbaycandan gələn qonaqları Omsk vilayətinin Turizm İnformasiya Mərkəzinin əməkdaşları qarşılayıb. 

Uçuşlar həftədə bir dəfə həyata keçirilir. Səyahət vaxtı 3,5 saatdır.

Qeyd edək ki, "İraero" Rusiyanın ən böyük 20 aviaşirkətindən biridir və Rusiyanın 70-dən çox şəhərinə, həmçinin Azərbaycan, Ermənistan, Vyetnam, İsrail, Qazaxıstan, Çin, Monqolustan, Türkiyə və Özbəkistana uçuşlar həyata keçirir.