Bakıda fəaliyyət göstərən "Belarus Şirniyyatları" mağazaları bağlanır.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkət məhkəmənin qərarı ilə rəsmən müflis elan olunub.

Məhkəmənin qətnaməsi ilə Həsənov Mahir Samir oğlu Əmlak inzibatçısı təyin edilib və dekabrın 23-də Qətnamə qanuni qüvvəyə minib.

Şirkətin müflis elan olunmasının rəsmən qüvvəyə minməsi ilə bağlı yanvarın 11-də kreditorların ilkin yığıncağı keçiriləcək.

Qeyd edək ki, "Belarus Şirniyyatları" mağazası şəbəkəsi Belarusun "Krasnıy pişevik" şirkətinin Bakıdakı nümayəndəliyidir. 

Nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçi Uladzımır Davıdzıuk olan "Belarus Şirniyyatları”nın Bakının bir sıra ünvanlarında mağazaları fəaliyyət göstərir.