Şaxta olacaq, yollar buz bağlayacaq.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yanvarın 24-ü axşamadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, gecə və səhər ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir. Yanvarın 24-25-də Bakı və Abşeron yarımadasında havanın minimal temperaturunun 0 dərəcədən 2 dərəcəyədək şaxta olacağı gözlənilir.

G.Məmmədova həmçinin vurğulayıb ki, yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yanvarın 24-də yollarda görünüş məsafəsinin məhdudlaşacağı, yanvarın 24-25-də gecə və səhər şəhərin nisbətən yüksək ərazilərində yolların buz bağlayacağı ehtimalı var.