Bakının bir sıra ərazilərində yeni yol nişanları quraşdırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

AYNA paytaxtın əsas küçə və prospektlərində yeni yol nişanlarının quraşdırılması işlərini həyata keçirib:

“Azneft-Hava limanı” layihəsi çərçivəsində yol hərəkəti iştirakçıları üçün 1 ədəd yol nişanı əlavə olunub.

Azadlıq prospektində 1 ədəd “4.1.1” (məcburi hərəkət istiqaməti) və 1 ədəd “3.1” (giriş qadağandır) yol nişanı quraşdırılıb.