Bu barədə İqtisadiyyat.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat əldə edib.
Məlumata görə, 69 ədəd böyük tipli avtobus dayanacağı, 78 ədəd kiçik tipli avtobus dayanacağı, 53 ədəd tərs tək tərəfli avtobus dayanacağı quraşdırılacaq.
Belə ki, AYNA təmir-tikinti və quraşdırma işlərini “SM Construction Supplies” (SMCS) şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, paytaxtın küçə və prospektlərində sərnişinlərin avtobus gözləmələri üçün dayanacaq pavilyonlarının quraşdırılması 1 744 985,96 manata başa gələcək.