Bakıda və Abşeron yarımadasında yaxın dörd gün üçün ilkin hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 23-ü axşamadək bürkülü-isti hava şəraitinin davam edəcəyi, zəif cənub-şərq küləklərinin üstünlük təşkil edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcəyə yaxın olacağı gözlənilir.