Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında yanğınla bağlı məlumat daxil olub. Yanğın beşinci mərtəbədəki mənzildə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, FHN-dən bildirilib ki, baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

21:50

Bakının Yasamal rayonunda yanğın başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Azərbaycan Dillər Universitetinin yataqxanasında yanğın başlayıb.

Əraziyə FHN-nin DYMX-nin əməkdaşları cəlb edilib.