Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 15 m² olan obyektin içərisində 2 ədəd məişət avadanlığı yanıb.

İqtisadiyyat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan lambirdən ibarət tavanı 1 m² sahədə əriyib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.