Bu gün “Rəqəmlərin ritmi” şüarı ilə “Baku Marriott Hotel Boulevard”da 500 nəfərin iştirakı ilə “Vergi və Mühasibatlıq Zirvəsi” öz işinə başlayıb.
İqtisadiyyat.az bildirir ki, forum “Facemark” MMC və “Good Finance” MMC-nin təşkilatçılığı, “Meqa Həyat Sığorta” ASC-nin baş sponsorluğu, “Business Management School” MMC, “Başkent” restoranlar şəbəkəsi, “Unilegal Consulting” şirkətinin, “Balli Bisi” şirniyyat evi və "Pro Team Consulting & Outsourcing" şirkətinin dəstəyilə reallaşır.
Forum ölkəmizdə vergi və mühasibatlıq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.
4 moderator və 17 spiker "Rəqəmlərin Ritmi" şüarı ilə "Mühasibatlıq və rəqəmsallaşma", "Ziddiyyətlərin harmoniyası - rəhbər və mühasib", "Maliyyə hesabatları və audit", "Vergi riskləri" panelləri üzrə müxtəlif mövzular gün ərzində müzakirə olunacaq.
Qeyd edək ki, zirvənin informasiya dəstəkçiləri arasında İQTİSADİYYAT.AZ və OPERATİVMEDİA.AZ saytları da var.