Bakı şəhəri ərazisində mikromobillik zolaqları üçün qoruyucu sədləri quraşdırılacaq.

İqtisadiyyat.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bununla bağlı “STP Polymer” MMC ilə anlaşıb.

Şirkətə qoruyucu sədlər və quraşdırılma dəstləri üçün 535 min 661 manat ödəniş ediləcək.