Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı türk dövlətlərinin futbol klubları arasında turnirin keçirilməsi gündəmdədir. 

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Qalatasaray”ın prezidenti Dursun Özbek bu cür təklif irəli sürüb.

Həmin turnirin avqust ayının sonlarında baş tutacağı ehtimal edilir. Matçların Bakıda keçirilməsi gözlənilir.