Bakının bəzi yollarında tıxac yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

4. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

6. 8 Noyabr prospekti, Ramiz Quliyev küçəsi ilə kəsişmədən Süleyman Əhmədov küçəsi ilə kəsişməyə qədər;

7. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur