Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınıcağında qalan 40 uşaq qızılcaya yoluxub.
İqtisadiyyat.az xəbər verir ki, bunu təşkilatın sədri Kəmalə Ağazadə bildirib.
"Qızılca xəstəliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilmiş uşaqlarımızın sayı çoxdur. Əksəriyyəti də 5 yaşadək olan körpələrdir. Əməkdaşlarımızın 2 nəfəri hazırda xəstəxanadadır. Əlavə olaraq daha iki dayəyə ehtiyacımız var", - o əlavə edib.