Bakı üzrə sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi bu ilin yanvar-may aylarında 25,2 milyard manat təşkil edib.

İqtisadiyyat.az Bakı Statistika İdarəsinə isinadən xəbər verir ki, sənaye məhsulunun 81,7 faizi mədənçıxarma, 15,9  faizi emal, 1,9  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə  qeyri-dövlət sektorunun  payı 88,1% olubdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı  93,1%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 6,9% təşkil  edib. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınan və satış üçün nəzərdə tutulan 59 milyon manat məbləğində digər məhsullar da mövcud olub.