İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında matç təşkil edilib.
Milli Gimnastika Arenasında baş tutan oyunda “Neftçi 2000-lər” və “Premyerliqa məşqçiləri” üz-üzə gəlib. Gərgin və maraqlı keçən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə “Premyerliqa məşqçiləri” 3:2 hesabı ilə sevinən tərəf olublar.
Oyunu izləyənlər arasında futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş da olub.
Qeyd edək ki, turnir mayın 21-dən iyunun 1-dək davam edəcək.