20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bunu İqtisadiyyat.az-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, məhdudiyyət tətbiq edilən ərazilərdə nəqliyyatın hərəkəti tam olaraq açıqdır.