Bakı metrosunda ölüm hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”ndən bildirilib.

Məlumata görə, bu gün təxminən saat 15:40 radələrində "Koroğlu" stansiyasında ahıl yaşlarında kişi sərnişin özünü pis hiss edib: "Dərhal təcili tibbi yardım dəvət edilib. Təəssüf ki, təcili yardıma məlumat verildikdən az sonra sərnişin dünyasını dəyişib".