Bu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir.

Məlumata görə, MMC kreditorlara müraciət ünvanlayıb ki, iki ay ərzində tələblərini bildirə bilərlər.

Qeyd edək ki, “Karvan-K” İstehsalat Kommersiya Firması 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Abbasov Ramin Misir oğludur. 

Mediada dərc olunan məlumatlara görə, “Karvan-K” İstehsalat Kommersiya Şirkəti “Planet” şadlıq sarayının mülkiyyətçisidir. Eyni zamanda “Planet” şadlıq sarayının isə Mərkəzi Bankın sabiq sədri, baş nazirinin müşaviri Elman Rüstəmova məxsus olduğu barədə mətbuatda iddialar yayılıb.