Binəqədi-Balaxanı şosesi, Əliçıraq məsçidinin qarşısında yük avtomobili aşıb.

Bu barədə İqtisadiyyat.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edilib ki, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.

Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.